Hər kəs bu tarixi gözləyir: Yanvarın 3-nə keçən gecə... - 120-yə qədər

Yanvarın 3-nə keçən gecə 2024-cü ilin ilk meteor yağışı gözlənilir. Həmin gün "kvadrantidlər" kimi tanınan meteor seli müşahidə olunacaq.

Olaular.az xəbər verir ki, bu barədə Moskva Planetariumunun (Rusiya) Mətbuat Xidməti məlumat yayıb.

Astronomlar bir saat ərzində 120-yə qədər meteorun görünə biləcəyini proqnozlaşdırırlar.

Beynəlxalq Meteor Təşkilatının proqnozlarına əsasən, aktivliyin pik olduğu gecə saatda 120-yə qədər meteor müşahidə oluna bilər ki, bu da açıq səmada dəqiqədə təxminən bir-iki meteor təşkil edir.

"Ulduz yağışı"nı müşahidə etmək üçün ən uyğun vaxt gecənin ikinci yarısı hesab olunur. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31