ABŞ-da marallara yoluxan zombi virusu insanlara keçə bilər - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Amerika Birləşmiş Ştatlarında marallar arasında yayılan CCD virusu insanlara yoluxmağa başlaya bilər.

Olaylar.az xəbər verir ki, virusu araşdıran mütəxəssislərin gəldikləri nəticəyə görə bu virus əvvəlcə digər heyvanlara, sonra insanlara yoluxmağa başlaya bilər. Hələ ki, bu haqda bir sübut yoxdur, ancaq ovçulara maral əti yeməmələri üçün xəbərdarlıq edilib. 

Bu virus heyvanın beynində və sinir sistemində degenerativ dəyişiklikliyə səbəb olur və yoluxmadan sonra maraq arıqlamağa başlayır. Onun hərəkətlərində qeyri-müəyyənlik, büdrəmə müşahidə olunur. Həmçinin heyvanın baxışları dəyişir və tüpürcək artır. Buna görə virusu "zombi" adlandırırlar.

Qeyd edək ki, mütəxəssislər xəstəliyin müalicəsinin olmadığını və son dərəcə yoluxucu olduğunu bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31