ABŞ Çinin məlumat toplamaq üçün süni intellektdən istifadə etməsindən ehtiyat edir - ÖZƏL
25 Dekabr 2023 22:19 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ-da Çinin süni intellektdən (AI) amerikalılara "əvvəllər heç vaxt mümkün olmayan" miqyasda casusluq etmək üçün istifadə etdiyinə dair qorxular var.
Olaylar.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.
"FTB və digər qurumlar hesab edir ki, Çin amerikalılar haqqında əvvəllər heç vaxt mümkün olmayan miqyasda məlumat toplamaq və saxlamaq üçün süni intellektdən istifadə edə bilər".
Problem son bir ildə o qədər kəskinləşib ki, FTB rəhbəri və Qərb kəşfiyyatının rəhbərləri oktyabrda bu texnoloji sahənin nümayəndələri ilə görüş keçiriblər.
WSJ-nin məlumatına görə, Birləşmiş Ştatlar hesab edir ki, Çin hakimiyyət orqanları toplanmış şəxsi məlumatlardan Amerika casuslarını müəyyən etmək, həmçinin Ağ Evdəki məmurlara casusluq etmək üçün istifadə edə bilər.
Qəzet FTB direktoru Christopher Wray-dan sitat gətirib: "Onlar bizim öz texnologiyamızdan istifadə edərək, onsuz da genişmiqyaslı haker əməliyyatlarını təkmilləşdirmək üçün süni intellektdən istifadə etməyə çalışırlar".
Tayvan bundan əvvəl Çinin xeyrinə casusluqda şübhəli bilinərək, aktiv və istefada olan hərbçilər də daxil olmaqla 10 nəfəri ittiham etmişdi.
Bundan əvvəl Britaniya Çini dövlət qulluqçularını casusluğa cəlb etməkdə ittiham edirdi.