Çində zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb

Çində zəlzələdə ölənlərin sayı 144 nəfərə çatıb.

Olaylar.az xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası məlumat yayıb.

Qeyd edək ki, Çinin şimal-qərbindəki Qansu əyalətində Pekin vaxtı ilə dekabrın 19-u gecə yarısı maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Məlumata əsasən, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 31 nəfər qərbindəki Tsinxay əyalətində ölüb. Bu əyalətdə üç nəfər itkin düşmüş hesab olunur. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31