Hatayda 4.1 bal gücündə zəlzələ

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Hatayda 4.1 bal gücündə zəlzələ baş verib.
 
Olaylar.az xəbər verir ki, Zəlzələ yaxınlıqdakı əyalətlərdə, xüsusən Adanada hiss olunub.
 
AFAD-ın məlumatına görə 4,1 bal gücündə baş verən zəlzələnin episentri Hatayın Antakya rayonunda olub. 9,19 kilometr dərinlikdə qeydə alınan zəlzələ şəhərin mərkəzində və ətraf ərazilərdə də hiss olunub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində heç bir mənfi hadisə qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31