ABŞ Danimarka ərazisində qoşun yerləşdirəcək
21 Dekabr 2023 21:53 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ Danimarka ərazisində qoşun yerləşdirəcək.
Olaylar.az report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
ABŞ dövlət katibi Antoni Blinken və Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Vaşinqtonda ikitərəfli müdafiə sahəsində əməkdaşlıq barədə saziş imzalayıblar.
On il müddətinə nəzərdə tutulan bağlanmış saziş ABŞ-a qısa və uzunmüddətli perspektivdə Danimarka ərazisində qoşun və hərbi texnika yerləşdirməyə imkan verəcək.
Vaşinqton, həmçinin Danimarkanın üç hava bazasına çıxış əldə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31