İmran Xan Pakistanda parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək
21 Dekabr 2023 21:06 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Pakistanın keçmiş baş naziri İmran Xan ölkədə fevralın 8-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi İmran Xanın vəkilinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Pakistan məhkəməsi İmran Xanın siyasi fəaliyyətdən kənarlaşdırılması barədə qərardan apellyasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb. Bir qədər əvvəl keçmiş baş nazirin məhkəməsi siyasətçinin saxlanıldığı həbsxanada keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31