Yer kürəsində güclü maqnit qasırğası başlayıb
24 Aprel 2023 09:45 DünyaYer kürəsində güclü maqnit qasırğası başlayıb.
Trend xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutunun materiallarında bildirilib. Məlumata görə, Yerin maqnit sahəsinin pozulma dərəcəsi G4 səviyyəsinə yüksəlib. Şkala üzrə G5 son dərəcə güclü, G1 isə zəifdir.
G4 səviyyəsində Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozulmalar, peyk və radiotezlik naviqasiyasında ciddi yanlışlıqlar ola bilər. Lakin günəş alışmalarında enerjili proton axınlarının təhlükəsi hələ ki zəif S1 səviyyəsində qalır.
Geomaqnit qasırğa səbəbindən "qütb parıltıları müşahidə edilə bilər. G4 səviyyəsində tropiklərdə qütb parıltıları qeydə alına bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31