Sovet rejimi tərəfindən sürgün edilən 208 ziyalıya bəraət verilib - ÖZƏL
20 Aprel 2023 16:02 DünyaÖzbəkistanda 1930-1931-ci illərdə keçmiş Sovet İttifaqında rejim əleyhinə olduqları üçün həbs edilən, sürgün edilən və edam edilən 208 özbək ziyalısına məhkəmə qərarı ilə bəraət verilib. Özbəkistan Ali Məhkəməsindən verilən açıqlamada 1930-1931-ci illərdə təzyiqlərə məruz qalan, həbs düşərgələrinə göndərilən, həbs edilən, sürgün edilən və məhkəmə qərarı olmadan edam edilən 208 ziyalıya bəraət verilməsi ilə bağlı işin başa çatdığı qeyd edilib.
Bəyanatda bu ziyalıların keçmiş sovet administrasiyası tərəfindən rejimə qarşı çıxmaqda, silahlı dəstə yaratmaqda, silahlı üsyanda, reydlər keçirməkdə və rejimə qarşı xarici dövlətlərlə əməkdaşlıqda ittiham edildiyi bildirilib və Ali Məhkəmənin Özbəkistan onlara bəraət vermək qərarına gəlib. Ümumilikdə Özbəkistanda Sovet dövründə 100 min insan məhkum edilib, 13 min nəfər güllələnib.