Çin Rusiya ilə birlikdə ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirəcək — ÖZƏL

"Çin hökuməti Rusiya ilə birlikdə Çin-Rusiya ticarət-iqtisadi əməkdaşlığının genişləndirilməsini təşviq etmək niyyətindədir".

Olaylar.az xəbər verir ki, bunu Çin Ticarət Nazirliyinin sözçüsü Şu Jueting bildirib.

"Biz birlikdə Çin-Rusiya ticarət-iqtisadi əməkdaşlığının sabit genişlənməsinə kömək edəcəyik" - o, deyib.

Sözçü qeyd edib ki, Pekin və Moskva qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq, qarşılıqlı faydalı və bərabər əsasda əlaqələri gücləndirməkdə davam edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31