Gürcüstanın Rusiyaya şərab ixracı 2023-cü ilin birinci rübündə 1,5 dəfə artıb - ÖZƏL

Gürcüstan 2023-cü ilin yanvar-mart ayları arasında Rusiyaya 13 min tondan çox şərab göndərib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat verib.

Hesabata görə, Gürcüstan Rusiyaya 38 milyon dollara 13 818 ton şərab göndərib. 2022-ci ilin I rübü üçün bu rəqəm 25,4 milyon dollar dəyərində 9 093 ton təşkil edib. Rusiyaya ixrac edilən ümumi malların 15,8%-i şərabın payına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31