Ukrayna Krımı azad edə biləcəkmi? - ÖZƏL

Ukraynanın yaxın vaxtlarda əkshücum əməliyyatı ilə Krımı işğaldan azad edəcəyi barədə məlumatlar yayılır. Bəs, Kiyev bu gücə malikdirmi və Krımın azad edilməsi Rusiya üçün nə demək olacaq?

Politoloq Azər Qasımovun sözlərinə görə, Rusiya üçün Krım bu müharinədə həm simvolik, həm də müqəddəs hesab olunur. "OLAYLAR"-a verdiyi açıqlamada politoloq deyib ki, Krımın işğal edilməsi Rusiyanın gücünün simvoludur, eyni zamanda, artıq onun toxunulmaz, toxumulması mümkün olmayan müqəddəsidir: "Krımın itirilməsi Rusiyanın dünyada olan onsuz da itirilmiş nüfuzunun tamamı ilə yox olması anlamına gələcək. Odur ki, Rusiyanın Krımın müdafiəsinə hazırlaşdığı da gələn xəbərlər arasındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31