Amerika hegemon gücünü itirəcək - ÖZƏL

"Amerika istəməsə belə, Ukrayna müharibəsindən qalib çıxmağa məcburdur. Ukraynanın tam yox, ən azı məğlubiyyət hesab oluna biləcək açıq və tam kiçik məğlubiyyəti belə, Rusiyanın ən azı işğal etdiyi hər hansı ərazilərdən bir-ikisinin əlində qalması durumunda, bunun cəzası Amerikanın nüfuzuna kəsiləcək". Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib.  O bildirib ki, Ukrayna dövləti və xalqı bu məğlubiyyəti kimsəyə bağışlamayacaq: "Ukraynanın istəyindən kənar müharibənin yarımçıq qalması durumunda Ukraynanın özü və Amerikanı qəbul etməyənlər elə bir kompaniya aparacaqlar ki, Amerikanın özü belə bunun altından qalxa bilməyəcək,  hegemon gücünü itirəcək. Tək NATO yox, bütün beynəlxalq qurumlar, məsələn AUKUS, Amerikanın dəstək verdiyi Yaponiya, Cənubi Koreya, Tayvan, Sakit Okean hövzəsindəki Filippin, İndoneziya və s. kimi qərbyönlü dövlətlər, hətta BMT-nin özündə belə çöküşlər başlayacaq. Dünya nizamı pozulacaq. Dünya xaosa sürüklənəcək. Avropada xaos başlayacaq. Şərqi Avropa, xüsusən də, Qərbi Avropada onsuz da mövcud olan Amerikadan uzaqlaşma meylləri ciddi şəkildə reallaşmağa başlayacaq. Cənubi Amerika ölkələri onsuz da Amerika ilə məcbur yaxınlıq edirlər. Venesuela, Braziliya, Kuba bə s. kimi ölkələr zatən Rusiyanın yanındadırlar. Belə durumda Amerika tamamilə tək qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31