İki ölkə arasındakı yol bu səbəbdən bağlandı
18 Aprel 2023 10:15 DünyaPakistan polisi Çin vətəndaşını həbs edib.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, həmin şəxs Məhəmməd peyğəmbəri təhqir etməkdə şübhəli bilinib.
Onun ölkənin şimal-qərbindəki Xeybər Paxtunxva əyalətində Dasu su elektrik stansiyasının tikintisində işləyən texnik olduğu qeyd olunub.
Bundan sonra su elektrik stansiyasının tikinti meydançasında iğtişaşlar başlayıb.
Yerli sakinlər tikinti şirkətinin əmlakına ziyan vurub. Pakistan və Çini birləşdirən strateji əhəmiyyətli, yüksək hündürlükdə yerləşən Qarakoram yolu bağlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31