Bu diplomatlar Rusiyadan qovulacaqlar - Zaxarova
18 Aprel 2023 10:13 DünyaABŞ, Böyük Britaniya və Kanadanın Rusiya cəmiyyətində nifaq və düşmənçiliyi qızışdırmağa yönəlmiş istənilən hərəkətinin qarşısı alınacaq və bu işdə iştirak edən diplomatlar Rusiyadan qovulacaqlar.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Anqlosaksların qızışmış rusofobiyasına qoşulan ABŞ, İngiltərə və Kanadanın, digər qeyri-dost ölkələrin cəmiyyətimizdə nifaq və düşmənçilik salmağa yönəlmiş hər hansı hərəkəti ən qəti şəkildə yatırılacaq, bu işdə iştirak edən diplomatlar Rusiyadan qovulacaq", - Zaxarova qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31