ABŞ prezidentliyinə namizədlər 2024-cü ilin avqustunda AÇIQLANACAQ
11 Aprel 2023 22:50 DünyaABŞ Demokratik Partiyasının Konfransı 2024-cü il avqustun 19-22-də Çikaqoda keçiriləcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Chicago Sun-Times" qəzeti məlumat yayıb.
Məlumata əsasən, sözügedən konfransda demokratlar ABŞ prezidentliyinə namizədlərini açıqlayacaqlar.
Bildirilir ki, Ağ Ev konfransın keçirilməsi ilə bağlı artıq şəhər rəhbərliyinə məlumat verib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Co Bayden bir neçə dəfə 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirsə də, hələlik namizədliyinin rəsmi irəli sürülməsini təxirə salıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31