"Vaqner" rəhbəri Sergey Priqojinin Baxmutun 80 faizinin işğal edilməsi ilə bağlı dedikləri yalandır.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Şərq Qruplaşmasının sözçüsü Sergey Çerevatıy deyib.
O bildirib ki, ruslar bu kimi açıqlamalarla şəhərdə hər hansı qələbə qazandıqları təəssüratını yaratmaq istəyirlər.