Minarənin söküntüsü zamanı faciə - VİDEO
11 Aprel 2023 20:05 DünyaTürkiyədə məscidin minarəsinin söküntüsü zamanı faciə baş verib.
Olaylar.az lent.az-a istinadən bildirir ki, Qaziantepin Oğuzeli qəsəbəsində zəlzələ səbəbilə zərər görən minarənin nəzarət qaydasında sökülməsi qərarı verilib. Ancaq söküntü zamanı bədbəxtlikdən minarə buldozerin üzərinə aşıb. Nəticədə sürücü, 25 yaşlı Mert Köseoğlu ölüb.
Onun meyiti məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31