Ermənistan xüsusi təyinatlı korpusunun komandiri yaralanıb - 3 erməni hərbçisi məhv edilib

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ordusunun mövqelərini atəşə tutması cavabsız qalmayıb.

Olaylar.az Azpost.info-ya istinadən bildirir ki, cavab atəşi nəticəsində xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Qezalyan yaralanıb. 3 erməni hərbçisi məhv edilib. Korpus komandiri hazırda əməliyyat olunur. Bu barədə "Aykakan Jamanak" qəzeti məlumat yayıb.

Xatırladaq ki, Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31