Alimlər az qala özlərini elmə qurban verəcəkdilər - VİDEO
11 Aprel 2023 16:55 DünyaKamçatkada (Rusiya) "Bezımyannı" vulkanının tədqiqi zamanı alimlər kül "boranına" düşüblər.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı video yayılıb.
Kadrlardan görünür ki, bişmiş kül parçalarından qorunmaq üçün tədqiqatçılar kirşələrin altına sığınıblar.
Xatırladaq ki, vulkan aprelin 6-da aktivləşib, həmin vaxt 3,8 min metr hündürlüyə kül püskürüb. Sonrakı günlər də püskürmə davam edib, aprelin 8-də sonuncu kül sütunu 10 min metr hündürlüyə çatıb.
"Bezymyannı"ya "qırmızı" aviasiya təhlükə kodu verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31