11 milyondan çox qaçqın Polşaya keçdi- ÖZƏL
11 Aprel 2023 16:38 DünyaOlaylar.az xəbər verir ki, Aprelin 10-na Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 11 milyonu ötüb.
Polşa Sərhəd Mühafizəsinin Twitter hesabında edilən paylaşımda Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana intensiv miqrasiyanın olduğu xatırladılıb.Təkcə dünən Ukraynadan ölkəyə 20 min nəfərin daxil olduğu bildirilib və "Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 11 milyonu keçib" ifadəsi yayılıb. Polşanı tərk edən ukraynalıların ümumi sayının 9 milyon 259 min nəfər olduğu qeyd edilib.
Polşanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəliyinin paylaşdığı məlumata görə, Ukraynadan Polşaya keçənlərin 87 faizi qadın və uşaqlardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31