Pakistanda toqquşmalarda 4 polis həlak olub- ÖZƏL
11 Aprel 2023 15:12 DünyaOlaylar.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində silahlılarla polis əməkdaşları arasında baş verən qarşıdurmada 4 polis həlak olub, bir silahlı isə zərərsizləşdirilib. Milli mətbuatda yer alan xəbərə görə, dünən Kuettada törədilən bombalı hücumdan sonra əməliyyata başlayan polislə Kuçlak bölgəsində silahlılarla qarşıdurma yaşanıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Dünən Kuettanın hərəkətli küçəsində törədilən bombalı hücumda 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Son aylar Pakistanda, xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb. İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir. Pakistanın Peşəvər şəhərində yanvarın 30-da günorta namazı vaxtı məscidə intiharçı hücumu nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olub. Bəlucistanda martın 6-da intiharçı hücumu nəticəsində 10 polis həlak olub.