Hicab qaydasını pozanların avtomobilləri müsadirə olunacaq- ÖZƏL
11 Aprel 2023 11:19 DünyaOlaylar.az xəbər verir ki, İranda Tehranın millətvəkili Məhəmməd İsmayıl Kevseri aprelin 15-i şənbə günündən etibarən hicab qaydasını pozanlara ilk olaraq xəbərdarlıq ediləcəyini və vəziyyətin təkrarlanacağı təqdirdə bu şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.
Entekhab xəbər saytının məlumatına görə, Kevseri İran polis rəisi Əhməd Rıza Radanın aprelin 8-də verdiyi açıqlamaya diqqət çəkib və hicab tələbini pozanların 15 aprel şənbə günündən etibarən şəhər kameraları tərəfindən təsbit ediləcəyini qeyd edib. İlk olaraq hicab qaydasına əməl etməyənlərə xəbərdarlıq ediləcəyini bildirən Kevseri xəbərdarlığa məhəl qoymayan və qaydanı pozmağa davam edənlərin məsuliyyətə cəlb ediləcəyini bildirib. Kevseri bu tətbiqin tamamilə qanuni olduğunu iddia edib.
Həmin gün açıqlama verən polis rəisi eyni vəziyyətin sürücülərə də aid olduğunu bilidrib. Xəbərdarlığa məhəl qoymayan və vəziyyəti davam etdirənlərin avtomobillərinin müsadirə olunacağını qeyd edib.