ABŞ-da imam namaz qılarkən bıçaqlanıb- ÖZƏL
11 Aprel 2023 11:31 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində bazar günü səhər namazını qılarkən məscid imamı bıçaqla hücuma məruz qalıb. Ömər məscidinin imamı Seyid Əl-Nəkib aprelin 9-u bazar günü səhər namazını qılarkən səcdədə olan zaman camaat arasında gizlənən hücumçu tərəfindən bıçaqlanıb. Məscidin təhlükəsizlik kamerası görüntülərində üçüncü sırada olan hücumçu 32 yaşlı Şerif Zorbanın səcdə edən camaatın üstündən tullanaraq bıçaqla 65 yaşlı imamın kürəyindən bıçaqladığı açıq-aydın görünürdü. Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən Zorba məscidin bayır qapısına qaçmaq üzrəykən camaat tərəfindən yaxalanıb və polisə təhvil verilib.
Məsciddən bir neçə dəqiqəlik məsafədə yerləşən Saint Joseph Xəstəxanasında müalicə alan İmam Əl-Nəkibin həyati təhlükəsinin olmadığı paylaşılıb.