Britaniyada etiraz aksiyaları 250 min xəstənin əməliyyatını ertələyib - ÖZƏL

Böyük Britaniyada səhiyyə işçilərinin fasiləsiz etiraz aksiyaları ölkədə 250 mindən artıq əməliyyat və xəstə qəbulunun ertələnməsinə yol açıb. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, Britaniya hökuməti səhiyyə işçilərini bu addımını ölkənin  "ən dağıdıcı" həkim tətili kimi xarakterizə edib. Rəsmi London etirazların Böyük Britaniyada Milli Səhiyyə sisteminə böyük mənfi təsir göstərəcəyi qənaətindıdir. 
Britaniya Tibb Assosiasiyasının (BMA) üzvləri isə tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə etirazların davam edəcəyini bildirirlər.
Qeyd edək ki, səhiyyə işçiləri maaşların az olması səbəbindən etiraz aksiyası keçirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31