Baş nazir yeni hökumət üçün İSTEFA VERDİ
10 Aprel 2023 22:38 DünyaEstoniya Baş naziri Kaya Kallas yeni hökumətə rəhbərlik etmək üçün istefa verdiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə aprelin 10-da Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.
"Kaya Kallas yeni parlamentin ilk iclasında çıxış edərək istefa verdiyini açıqlayıb. Onun rəhbərlik etdiyi hökumət də istefaya gedir", - məlumatda deyilib.
Qeyd edək ki, martın 5-də Estoniyada keçirilən parlament seçkilərində Baş nazir Kaya Kallasın İslahatçılar Partiyası 31 faiz səslə qələbə qazanıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31