NATO Almaniya, Çexiya, Estoniya və Latviyada irimiqyaslı hava təlimləri keçirəcək

İyunun 12-dən 23-dək Almaniyada 10.000-dən çox insan və 200 təyyarə iştirakı ilə NATO-nun genişmiqyaslı "Air Defender 23" hava təlimi keçiriləcək.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Estoniya KİV-ləri xəbər verib.

Məlumata əsasən, təlimlərin Çexiya, Estoniya və Latviyanın hava məkanlarında da həyata keçiriləcəyi ehtimal edilir.

Estoniya Hərbi Hava Qüvvələrindən bildiriblər ki, təlimlərə Almaniya Hərbi Hava Qüvvələri rəhbərlik edir, mərkəzi rol ABŞ-dan olan hərbi nümayəndə heyətinə verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31