Rusiya İrana təyyarə GÖNDƏRDİ

Rusiya tarixində ilk dəfə olaraq öz təyyarəsini təmir üçün İrana göndərib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya "Aeroflot"unun mətbuat xidməti məlumat yayıb.

"RA-73700 qeydiyyat nömrəli "Airbus A330-300" sərnişin təyyarəsi Tehrana uçub və burada təyyarəyə İranın ən böyük "Mahan Air" aviadaşıyıcısının texniki işçiləri xidmət göstərəcək", - məlumatda deyilir.

"Aeroflot" bir neçə ay ərzində İranda texniki xidmətin mümkünlüyünü müzakirə edib.

Qeyd edək ki, Rusiyanın təmir üçün İrana təyyarə göndərməsinin səbəbi sanksiyalardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31