UNICEF-dən Türkiyəyə kömək çağırışı- ÖZƏL

Olaylar.az xəbər verir ki, UNICEF Türkiyə fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra beynəlxalq ictimaiyyətdən əlavə yardım istəyib. Mövzu ilə bağlı açıqlama verən UNICEF-in Türkiyə nümayəndəsi Regina De Dominicis, zəlzələdən sonra uşaqların və ailələrinin uzun müddətdə zərər görməməsi üçün beynəlxalq yardımların artırılması lazım olduğuna diqqət çəkdi. Dominicis bildirib ki, UNICEF Türkiyə əlavə 138 milyon dollar yardım üçün müraciət edib. Bölgədəki uşaqlara və ailələrə zəlzələdən sonra sağalmaq və həyatlarını bərpa etmək üçün təcili yardım edilməsinin vacib olduğunu qeyd edən Dominicis, bu qrupun prioritetləşdirilməsinin vacib olduğunu bildirdi. UNICEF bildirir ki, Türkiyədə zəlzələdən təxminən 4 milyon məktəb yaşlı uşaq zərər çəkib. Milli Təhsil Nazirliyinin təhsil fəaliyyətinə dəstək verən UNICEF sökülən məktəblərin yenidən qurulması üçün də maliyyə yardımı edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31