Dünyaca məşhur korporasiya böyük miqdarda təzminət ödəmək məcburiyyətində qala bilər

Dünyaca məşhur Johnson & Johnson korporasiyası müştərilərin şikayətləri səbəbindən böyük miqdarda təzminat ödəmək məcburiyyətində qala bilər. 

Olaylar.az xəbər verir ki, bu şikayətlər nəticəsində şirkət 9 milliard dollardan ibarət fond qurmağı nəzərdə tutur. Bu fonddən 25 il ərzində şikayətlərlə əlaqədar olan təzminatların ödənməsi planlaşdırılır. 

Son illər bir çox qadın və ailə Johnson & Johnson məhsullarında istifadə edilən talk mineralı səbəbindən qadınların və körpələrin xərçəng xəstəliyinə tutulduğunu iddia edərək məhkəmyə mürəaciət ediblər. Şikayətlərin sayının minlərcə sayıda olduğunu müyəyyən edən hüquq-mühafizə orqanları məsləyə ABŞ Ali Məhkəməsinin müdaxilə etməsi üçün müraciət ediblər. Johnson & Johnson bir neçə böyük məhkəməni uduzaraq yüklü miqdarda təzminat ödəməyə məhkum edilib. ancaq şirkət rəhbərliyi israrla şikayətlərin əsassız olduğunu iddia edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31