ABŞ, Almaniya və Macarıstan Ukraynanın NATO-ya daxil olması üçün yol xəritəsinin əleyhinədir - ÖZƏL
7 Aprel 2023 12:57 Dünya"Macarıstan, Almaniya və Birləşmiş Ştatlar Polşa və Baltikyanı ölkələrin Ukraynanın ən qısa zamanda NATO-ya daxil olması üçün yol xəritəsinin hazırlanması təklifinə qarşıdırlar".
Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti yazıb.
Qəzetin yazdığına görə, alyansın bütün 31 üzvü razıdır ki, Ukraynanın NATO-ya daxil olması qısamüddətli məsələ deyil və ciddi müzakirələr yalnız ölkə ərazisində mövcud münaqişə bitdikdən sonra başlaya bilər. Eyni zamanda, Şərqi Avropanın bir sıra dövlətləri NATO ilə Ukrayna arasında əlaqələrin gücləndirilməsini təklif edirlər. Onların fikrincə, alyans Kiyevin gələcək NATO üzvlüyünü dəstəkləyən daha konkret bəyanatlarla çıxış etməli və üzvlük üçün siyasi yol təklif etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31