Yaponiya Ukraynaya 7,6 milyard dollar yardım edəcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Brüsseldəki təmasları çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Nazir Hayaşi bildirib ki, Yaponiya hökuməti Rusiyanın hücumlarını davam etdirdiyi Ukraynaya müxtəlif sektorları əhatə edən 7,6 milyard dollar yardım etməyi öhdəsinə götürüb. May ayında G7 Liderlər Sammitinə ev sahibliyi edəcək Yaponiyanın baş naziri Ukrayna prezidenti Vladimir Zelenskini onlayn rejimdə sammitdə iştiraka dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31