Ümumdünya Səhiyyə Təşkilatı 75 yaşını qeyd edir ÖZƏL
7 Aprel 2023 11:18 DünyaOlaylar.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) 1948-ci il aprelin 7-də yaradılıb. Buna görə də hər il bu gün Ümumdünya Səhiyyə Günü kimi qeyd olunur.
Hazırda Təşkilatın 200-dək üzvü var. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra 1994-cü ildən həmin təşkilata üzv qəbul edilib. Təşkilatın əsas məqsədi bütün dünya xalqlarının sağlamlığını yüksək səviyyəyə qaldırmaqdır. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu münasibətlə paylaşım edib.Paylaşımda deyilir:
"Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək."
Paylaşımda qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir: "Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək".