Rusiya - Ukrayna müharibəsində həlledici proseslərə start veriləcək - ÖZƏL
7 Aprel 2023 09:18 DünyaQərbin, Avropanın Rusiya-Ukrayna müharibəsi fonunda Kiyevə hərbi dəstəyi davam edir. Məhz bu dəstəyin nəticəsidir ki, Rusiya ordusu bir neçə aydır ki, Ukrayna cəbhəsində heç bir uğura imza ata bilmir. Bəs görəsən bundan sonra Rusiya-Ukrayna cəbhəsində nələr yaşanacaq?
"OLAYLAR"-ın xəbərinə görə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyir ki, Ukrayna tərəfi Qərbdən aldığı dəstəylə əks hücumlara hazırlaşmaqda davam edir. Onun sözlərinə görə¸ Rusiya ordusundan fərqli olaraq Ukrayna ordusu çox məntiqlə və peşəkarlıqla hərəkət edərək işğalçıları zəiflətməyi bacarır:
"Ukrayna silahlı qüvvələri təxminən 9 aydır ki, Baxmut istiqamətində qarşı tərəfə minlələrlə itgi verdirib və bu say hər gün artmaqdadır. Ukrayna komandanlığı bilərəkdən Baxmutda anlaşılmaz vəziyyət yaratmaqla böyük əks hücüm əməliyyatları qabağı qarşı tərəfi maksimum dərəcədə zəiflətməyi planlayır və bunuda bacarır. Hesab edirəm ki, çoxda uzaq olmayan zamanlarda müharibə ətrafında həlledici proseslərin start verəcəyi dəqiqdir".