Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında görüş olub
6 Aprel 2023 23:50 DünyaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onun dəvəti ilə Türkiyədə aprelin 6-7-də rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrov ilə Xarici İşlər Nazirliyinin rəsmi iqamətgahında iftar süfrəsi arxasında görüşüb.
Olaylar.az trend-ə istinadən bildirir ki, Sergey Lavrovu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov müşayiət edib.
Aprelin 7-də nazir Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüş keçirəcəyi və beynəlxalq gündəmdəki müxtəlif məsələləri müzakirə edəcəyi və onunla birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31