"Bizim İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır"

Vaşinqton İsrail ərazisinə raket hücumlarını pisləyir və onun təcavüzdən müdafiə olunmaq hüququnu tanıyır.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

"Qəzza və Livandan İsrailə raket atılmasını pisləyirik. Bizim İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır. Biz İsrailin istənilən təcavüz təzahürünə qarşı özünü müdafiə etmək üçün qanuni hüququnu tanıyırıq", - deyə V.Patel bildirib.

Xatlrkadaq ki, daha əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. "Yedioth Ahronoth" qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31