Hulusi Akar və Pentaqon rəhbəri arasında telefon danışığı olub

Türkiyə milli müdafiə naziri Hulusi Akar və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, tərəflər NATO, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Həmçinin, söhbətdə Türkiyənin F-16 qırıcıları ilə bağlı tədarük və modernizasiya layihəsinin sürətli və müsbət nəticələnməsinin önəmi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31