Netanyahu təcili iclas çağırdı - VİDEO

Livandan İsrailə kütləvi raket hücumu başlayıb.

Olaylar.az Axar.az- istinadən xəbər verir ki, bu haqda İsrailin "kodkodgroup" Teleqram kanalı məlumat yayıb.

Atılan raketlərdən 15-i Dəmir Qübbə tərəfindən zərərsizləşdirilsə də, yaşayış yerlərinə düşən raketlər də var.

Hücum nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Baş nazir Netanyahu Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Hayfa hava limanı və ölkənin şimal hissəsində hava məkanı uçuşa bağlanıb. İsrail qırıcılarının Livan istiqamətində uçuşlar keçirdiyi bildirilir.

***

Livan ərazisindən ən azı 34 raket buraxılıb, onlardan 25-i havadan müdafiə sistemləri tərəfindən məhv edilib, daha 5 raket isə İsrail ərazisinə düşüb.

Bu barədə İsrail ordusunun məlumatında deyilir.

***

Livan ərazisindən İsrailə hücumların arxasında HƏMAS hərəkatı dayana bilər.

Olaylar.az Axar.az- istinadən xəbər verir ki, bu barədə İsrailin KAN radiostansiyası ordunun yüksək rütbəli hərbçisinə istinadən məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31