İstanbulda beşmərtəbəli bina çökdü - VİDEO
6 Aprel 2023 19:04 DünyaTürkiyənin İstanbul şəhərində istifadəsiz qalan bina çöküb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə görüntüləri "TRT Haber" təqdim edib.
Qeyd olunub ki, beşmərtəbəli binanın beton konstruksiyası dağılmağa başlayıb və bu səbəbdən bina çöküb.
Hadisə yerinə gələn polis və xilasedicilər tərəfindən əraziyə giriş-çıxış bağlanıb.
Həmçinin əlavə olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31