Türkiyə iqtisadiyyatı inkişaf yolunda - ÖZƏL

"Son illərdə Türkiyə dövlətinin əldə etdiyi iqtisadi uğurlar heç şübhəsiz ki, düzgün idarəçilik və daxili siyasi sabitlikdən irəli gəlir. Məhz bu iki amilin bir-biri ilə vəhdət təşkil etməsi Türkiyəni iqtisadi baxımdan dünya liderləri sırasında qərarlaşdırıb". "OLAYLAR" xəbər verir ki, bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin Türkiyə iqtisadiyyatı ilə bağlı apardığı dəyərləndirmədə öz əksini tapıb:

"Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən Türkiyə iqtisadiyyatı inkişaf edən bazar olaraq təyin olunan bir iqtisadiyyattır. Həmçinin, Türkiyə, dünyanın sənayeləşən ölkələri sırasında yer alır. Türkiyə sənayesinin kifayət qədər inkişaf etdiyi və dünyaca məşhur olduğu bu günlərdə yerli istehsal olan "Togg"un təqdimatı və satışa çıxarılması fonunda da gördük. Bundan başqa Türkiyə sənayesinin inkişafı hərbi sahə ilə də paralel gedir və son illərdə istehsal olunan pilotsuz uçuş aparatları Türkiyə iqtisadiyyatına bəlli bir miqdarda gəlir gətirir".

Mərkəzdən o da qeyd edilib ki,  Türkiyə kənd təsərrüfatı məhsullarının, tekstil, motorlu nəqliyyat vasitələri, gəmilər və digər nəqliyyat avadanlıqları, tikinti materialları, istehlakçı elektronikası və ağ əşya kimi sektorlarda dünyanın lider ölkələrindən sayılır: "Dövlətin sənaye, bankçılıq, nəqliyyat və rabitə sektorlarında hələ də əhəmiyyətli bir rol boynuna götürməsini baxmayaraq son illərdə özəl sektorda dasürətli bir inkişafa nail olunub".

İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzi hesab edir ki, Türkiyə iqtisadiyyatının inkişafına müsbət təsir edən əsas amillərdən biri də ölkənin turizm sektorudur: "Dövlətin bu sektorun inkişafına verdiyi dəstək Türkiyəyə turist axınlarının artmasına gətirib çıxarır:

"Türkiyənin 2022-ci ildə qəbul etdiyi turist sayı 51,4 milyonu  keçərək, pandemiyadan əvvəlki 2019-cu ilin rekord göstəricisi olan 51,8 milyonun 99%-ni təşkil edib. Bu rəqəmlə Türkiyə dünyanın 3-cü ən böyük turizm bazarı oldu. Bu artım isə iqtisadiyyata, gəlirlərin çoxalmaslna təsir göstərib. Təsadüfi deyil ki, 2022-ci ildə Türkiyənin turizm gəlirləri 46,3 milyard dollara çatıb. 2028-ci ilin sonuna qədər  Türkiyəyə 90 milyon turistin gəlməsi və 100 milyard dollar gəlir əldə olunacağı proqnozlaşdırılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31