Türkiyənin inkişafı göz önündədir - ÖZƏL
6 Aprel 2023 16:43 Dünya"Türkiyə hərbi, texnoloji və digər istiqamətlərdə çox ciddi irəliləyişlərə nail olur".
Bunu Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Gözlə görüləcək qədər yüksək səviyyədə texnoloji inkişaf müşahidə edirik. İstər Bayraktar PUA-ları olsun, istər özünün qırıcılarını istehsal eləmək mərhələsinə qədər gəlib çıxsın, elektromobil istehsalı, təhsili, elmi və s. bütün bunların hamısının inkişafı göz önündə olan prosesdir və bunu etiraf etmək üçün bir balaca Türkiyəyə münasibətdə səmimi olmaq kifayətdir. Əks təqdirdə təbii ki, qaralayacaqlar və qaralayanları da görürük. Onlara fikir verməmək lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31