Makron seçicilərini itirib- ÖZƏL

Olaylar.az xəbər verir ki,Fransa prezidenti  Makron hazırda fransız işçilərin pensiya yaşının artırılması səylərinə görə ictimai qəzəblə üzləşib. BFMTV-nin sorğusu Le Penin 31 faiz, Makronu 23 faiz və solçu Jean-Luc Melenchonu 18,5 faiz səslə qabaqlayacağını göstərib. Belə bir nəticə keçən il birinci turu 23 faiz səslə başa vuran Le Pen üçün Makronun 28 faizindən səkkiz pillə irəliləyiş deməkdir . Fransada prezident seçkiləri namizədlərdən heç biri 50 faizdən çox səs toplamasa, seçki ikinci tura qalır. 2022-ci il seçkilərində Makron ikinci turda 59 faiz ilə  41 faiz səs toplayan  Le Penə qalib gəldi. Bununla belə, sorğuya görə, Le Pen bu gün Makronu 55-45 faiz arasında devirə bilər. Sorğunun nəticələrinə görə, Makron keçən il ikinci turda qalib gəlmək üçün Respublikaçılar, Yaşıllar və bəzi solçuların səslərinə güvəndiyi halda, bu gün bu seçicilərdən sadəcə bir neçəsi prezidenti dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31