Hollandiyada banklar müsəlmanlara qarşı ayrı-seçkilik edir- ÖZƏL
6 Aprel 2023 16:22 DünyaHollandiya Daxili İşlər Nazirliyinə bağlı olan NCDR-nin koordinatoru Baldewsingh, Trouw qəzetinə verdiyi müsahibədə, xüsusilə Ramazan ayında ayrı-seçkiliyə məruz qalan müsəlmanlardan əlavə siqnallar aldığını söylədi. Baldewsingh müsəlmanların banklar və maliyyə qurumları tərəfindən struktur olaraq ayrıseçkiliyə məruz qaldığını və bu vəziyyətin araşdırılması lazım olduğunu bildirib. Müsəlmanların maliyyə qurumlarında nə qədər ayrı-seçkiliyə məruz qaldıqlarını bilmədiyini izah edən Baldewsingh, məhz bu səbəbdən bunun araşdırılmasının vacib olduğunu vurğulayıb. Ramazan ayında məscidlərdə və iftarlarda zəkat, fitrə və sədəqə kimi ianələrin edildiyinə diqqət çəkən Baldewsingh, ianə verənlərin maliyyə qurumları tərəfindən "çirkli pulların yuyulması" və "terror şübhəlisi" olaraq görüldüyünü bildirib. Baldewsingh bildirib ki, maliyyə qurumları tərəfindən ayrı-seçkiliyə məruz qalanlar arasında "Əl-Qaidə" üzvü ilə oxşar soyadı daşıdığı üçün problem yaşayan sahibkar, restoran açmaq üçün maliyyə üçün müraciət edən şəxs bankdan əlavə sualları cavablandırmalı olub.