Türkiyədə sürücü mikroavtobusu piyadaların üzərinə sürdü: Ölən və yaralılar var
6 Aprel 2023 15:41 DünyaTürkiyənin Adana şəhərində sürücü mikroavtobusu piyadaların üzərinə sürüb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, şəxsiyyəti müəyyən edilməyən sürücü mikroavtobusla bulvarda dayanacaqdakı şəxsləri vurub.
Həmin vaxt dayanacaqda olan 71 yaşlı Halil Çiftçi həyatını itirib, 7 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31