Ərdoğan rəqiblərindən öndədir - ÖZƏL
6 Aprel 2023 13:57 DünyaTürkiyədə seçki həyəcanı yaxınlaşdıqca vətəndaşların seçkiyə münasibəti, eləcə də səs verəcəkləri namizədlə bağlı rəy sorğuları keçirilir. "OLAYLAR" haber7.com-a istinadən bildirir ki, Araşdırma və Məsləhət Şirkəti (ASAL) ölkənin 26 vilayətdə sorğu keçirib. Sorğu iştirakçılarına "Bu bazar prezident seçkiləri olsaydı, hansı namizədə səs verərdiniz?" sualı verilib.
İstanbul, Tekirdağ, Balıkəsir, İzmir, Aydın, Manisa, Bursa, Kocaeli, Ankara, Konya, Antalya, Mersin, Denizli, Burdur, Kırıkkale, Kayseri, Zonguldak, Kastamonu, Samsun, Trabzon, Ərzurum. Ağrı, Bingöl, Van, Elazığ və Mardin daxil olmaqla 26 bölgədə keçirilən rəy sorğularının nəticələrinə görə, respondentlərin 46,8 faizi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. 42, 2 faiz səslə isə Kamal Kılıçdaroğlu ikinci yeri bölüşüb. Seçki ikinci tura keçərsə, Ərdoğana dəstək daha çox olacaq.