14 may seçkisi-Osmanlıdan bu yana ən önəmli seçki - ÖZƏL
6 Aprel 2023 12:42 DünyaMay ayının 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri xarici kütləvi informasiya vasitələrinin diqqətini çəkməkdədir. Nüfuzlu Avropa nəşrlərindən sonra bu dəfə Fransanın AFP Agentliyi Türkiyədə seçkiqabağı durumu dəyərləndirib.
"OLAYLAR" haber7.com-a istinadən bildirir ki, Agentlik 14 may seçkilərini Osmanlı dönəmindən sonra Türkiyədə baş tutacaq ən önəmli seçki kimi xarakterizə edib. AFP zəlzələ bölgəsində prezident Rəcəb Tayyib Ərdoğana inamın böyük olduğunu yazıb və bunu prezidentin təbii fəlakət zonasına ciddi diqqət ayırması, tez-tez həmin vilayətlərə səfər etməsi ilə əlaqələndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31