İran ətrafında halqa daralıb - ÖZƏL

Cənub qonşumuz xarici siyasətində müəyyən dəyişiklik etməyi qərarlaşdırıb. Belə ki, Tehran 10 ilə yaxındır ki, sərinləşən Səudiyyə və BƏƏ ilə münasibətlərə yenidən nəzər salaraq bu ölkələrlə əlaqələri inkişaf etdirmək qərarına gəlib. Artıq molla rejimi BƏƏ-yə səfir təyinatını da həyata keçirib. Bəs, görəsən İranın bu dəyişikliyinin arxasında nə dayanır?

Politoloq Elxan Şahinoğlu deyir ki, İran ətrafında halqa daralıb. Onun sözlərinə görə, Qərbin İrana qarşı sanksiyaları sərtləşib, ölkə daxilində etirazlar dayanmır, iqtisadi və sosial problemlər artıb: "Tehran bu qədər problemlə üzləşərkən, o biri problemlərin həllini vacib sayıb. Tehranda anlayıblar ki, ərəb ölkələri ilə problemi özləri yaradıblar və gərginliyi davam etdirməyin İrana zərəri olacaq". 

Politoloq deyib ki, münasibətlərin gərgin olması ərəb ölkələrini İsrail və ABŞ-la anti-İran koalisiyasına sövq edə bilərdi: "Bu İranın problemlərini daha da artıracaqdı. Ona görə də Tehran təcili şəkildə ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa qərar verib. Bu normallaşmanın nə qədər uzanacağını söyləmək çətindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31