Saxta “Togg” avtomobili satanlar tutuldu - ÖZƏL

Saxta internet saytı vasitəsilə "Togg" markalı avtomobili almaq istəyənlərin etimadından sui-istifadə edən 3 nəfər həbs edilib. "OLAYLAR" xəbər verir ki, haber7.com bu barədə məlumat yayıb.
Belə ki, saxta internet adresi üzərindən "Togg" avtomobili almaq istəyənlərə müraciət edən fırıldaqçı bunun üçün ilk mərhələdə qeydiyyatdan keçməyin zəruriliyini və bu məqsədlə bank hesabına 60 min lirə ödənməli olduğunu bildirib. 
Şikayət əsasında hərəkətə keçən polis hesabına köçürülən pulu çıxarmaq üçün banka gedən  fırıldaqçıları İstanbulda həbs edib.
Şübhəlilərin bank hesablarının araşdırılması zamanı müxtəlif vilayətlərdən 21 nəfərin ümumilikdə 1 milyon 316 min 500 lirə pul göndərdiyi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31