Aksiyalarda 800 min insan İŞTİRAK EDƏCƏK
5 Aprel 2023 22:17 DünyaFransanın hüquq-mühafizə orqanları pensiya islahatlarına qarşı aprelin 6-da keçiriləcək 11-ci ümummilli etiraz aksiyalarında 600-800 min insanın iştirakını gözləyir.
Olaylar.az xəbər verir ki, Fransanın daxili işlər naziri Jerald Darmanen nümayişlərdə təhlükəsizliyin təmin olunmasına 11,5 min polis və jandarmın cəlb olunduğunu bildirib.
Qeyd edək ki, Fransada qalmaqallı pensiya islahatları layihəsi təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını və bəzi xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur. Bu, bütün ölkədə etirazlara və nümayişlərə səbəb olub. Martın 28-də keçirilən onuncu ümummilli etiraz aksiyalarında 750 minə yaxın insan iştirak edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31