Hökumət işçilərinin “TikTok”dan istifadəsi QADAĞAN EDİLƏCƏK
5 Aprel 2023 21:19 DünyaAvstraliya hökuməti dövlət işçilərinə "TikTok" sosial şəbəkəsindən istifadəni qadağan edəcək.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Mark Dreyfus məlumat verib.
"Kəşfiyyat və təhlükəsizlik agentliklərinin tövsiyələrinə əsasən, mən hökumət qurumlarının təhlükəsizlik siyasətini qorumaq üçün "TikTok" tətbiqindən istifadəni qadağan etmək üçün məcburi icra sərəncamının hazırlanmasına göstəriş vermişəm", - deyə Avstraliyanın baş prokuroru vurğulayıb.
Lakin prokuror qadağanın hansı tarixdən etibarən qüvvəyə minəcəyini söyləməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31